Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.07.2026 | 23:00 | Baxılıb: 2650
İspaniyanın “Real Madrid” klubunda prezident seçkiləri başa çatıb.

“gece.ws” xəbər verir ki, “Kral klubu"in üzvləri komandanın yeni rəhbərini müəyyənləşdirmək üçün səsvermədə iştirak ediblər.

Bu seçki son 20 ildə “Real Madrid” rəhbərliyi uğrunda iki fərqli namizədin mübarizə apardığı ilk səsvermə olması ilə tarixə düşüb.

Prezident kürsüsü uğrunda hazırkı rəhbər Florentino Perez ilə iş adamı Enrike Rikelme yarışib.

Gərgin keçən səsvermənin yekununda Florentino Perez növbəti dəfə qalib gəlib.

O, ümumi səslərin 66.53 faizini toplamaqla “Real Madrid”dəki prezidentlik fəaliyyətini davam etdirmək hüququ qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.