Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 22:50 | Baxılıb: 8539
Dünyaşöhrətli müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.

“gece.ws” xəbər verir ki, bu haqda “TMZ” məlumat yayıb.

Hadisə martın 4-də axşam saatlarında baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi Ventura Dairəsinin Şerif Departamenti tərəfindən araşdırılıb və səhər saat 6:00-da Spirs sərbəst buraxılıb.

Qeyd olunur ki, müğənni mayın 4-də məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, müğənninin ötən ilin oktyabr ayında da sərxoş vəziyyətdə maşın idarə etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.