
“gece.ws” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.
Ünal Çiftçinin iddiasına görə, yetkinlik yaşına çatmayan qızı onun razılığı olmadan layihələrdə çəkilib.
O həmçinin qızının özündən 10 yaş böyük Hakan Çələbi ilə sevgili olduğunu öyrəndiyini bildirib.
Aktrisanın atası qeyd edib ki, qızının aktyorluq fəaliyyəti ilə bağlı valideyn kimi onun razılığı alınmayıb.
Buna görə də, “OnTalent Menecment” şirkətinin sahibi Gözde Yılmaz və Hakan Çələbi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

