Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 00:30 | Baxılıb: 2494
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki korrupsiya qalmaqalını əsas gətirərək keçmiş ofis rəhbəri Andrey Yermakın istefaya göndərilməsini təkzib edib.

“gece.ws” xəbər verir ki, o bu haqda  “The Atlantic”ə müsahibəsində danışıb.

“Mən Andrey Yermakı korrupsiya araşdırmasına görə işdən çıxarmadım. Mənim öz səbəblərim var idi", - Ukrayna lideri iddia edir.

Qeyd edək ki, 2025-ci il noyabrın 28-də Zelenskinin ofis rəhbəri Andrey Yermak istefa verib və Zelenski onun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Ondan bir müddət əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəntiqləri Yermakın evində axtarışlar aparıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.