Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 11:58 | Baxılıb: 1701
Yevlax rayonunda güllə xəsarətləri alan şəxs ölüb.

“gece.ws” xəbər verir ki, iyunun 17-si saat 20 radələrində Mingəçevir şəhər sakini 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov Əkşəm kəndinin ərazisində atasına məxsus evdə xəsarət alıb.

Onun ov tüfəngindən açılan atəşdən sonra ağır yaralandığı və qanaxmadan öldüyü bildirilib.

Hadisə yerindən Ə.Pirimova məxsus müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.