
“gece.ws” xəbər verir ki, şəhərin V. Xuluflu və Ş.İ. Xətai prospektinin kəsişməsində “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə “KİA” idarəetmədən çıxaraq yolun kənarında olan piyada 1985-ci il təvəllüdlü Nəsibə Alıhüseynlini vurub.
Hadisə zamanı “KİA”nın sürücüsü 1991 ci il təvəllüdlü Elnarə Şahbazova və piyada xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
