Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 13:04 | Baxılıb: 1290
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.

Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.

Atın maşına çırpılmasından sonra “VAZ” hərəkətdə olan yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.