“gece.ws” xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayə və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.
Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğumuza cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 08:00 radələrində 3 nəfər (1 kişi, 2 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.
Ziya Əmirxanlı