Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.09.2026 | 10:55 | Baxılıb: 6114
Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.

“gece.ws” xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.

SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və “KIA” markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar”.

***

Məsələ ilə bağlı “SOCAR PETROLEUM”dan saytımızın sorğusuna belə cavab verildi: “9 iyul gecə saatlarında Bakı şəhəri Mehdi Abbasov küçəsində “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaq daşıyan avtomobil qəzaya uğrayıb. Qeyd edək ki, avtomobilin çənində hər hansı yanacaq məhsulu olmamışdır. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.