Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.02.2025 | 09:17 | Baxılıb: 930
2 ay əvvəl Saatlıda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şəxs vəfat edib.

“gece.ws” xəbər verir ki, Saatlı rayon Qaracalar kənd sakini 1952-ci il təvəllüdlü Teyyub Ağayev iyulun 2-də yük avtomobilindəki ot bağlamasının elektrik naqilinə toxunmasından sonra ağır yanıq xəsarətləri alıb.

O, avqustun 31-də müalicə aldığı Nərimanov Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bərdədə isə yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb.

Məlumata görə, rayon sakini Solmaz Qəhrəmanova ocaq yandırarkən ehtiyatsızlıqdan yanıq xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin göstərdikləri tibbi yardıma baxmayaraq o bu gün səhər xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.