Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.14.2026 | 10:08 | Baxılıb: 2496
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, qəza ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ 2106” markalı, 09 BK 349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.