Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 23:12 | Baxılıb: 810
Egey dənizində yerləşən Yunanıstana məxsus Sifnos adasında kiçik helikopter qəzaya uğrayıb.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki kişi, bir qadın olmaqla üç nəfər həyatını itirib.

Məlumata görə, helikopter qeyri-müəyyən səbəbdən adanın Tolos ərazisindəki meydançadan havaya qalxdıqdan qısa müddət sonra yaşayış məntəqəsinə düşüb.

Qeyd olunub ki, qəza zamanı heç bir evə zərər dəyməyib.

Həmçinin helikopterin yerə çırpıldıqdan sonra partladığı bildirilib.

Həlak olan iki sərnişinin və pilotun kimliyi və vətəndaşlığı hələlik açıqlanmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.