Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 20:34 | Baxılıb: 734
“Yuventus” rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə olan müqaviləsinin müddətini uzadıb.

“gece.ws” xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

Yeni razılaşmaya əsasən, 67 yaşlı baş məşqçi 2028-ci ilə qədər “Qoca sinyora”nın sükanı arxasında qalacaq.

Qeyd edək ki, Spallettinin əvvəlki sözləşməsi 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında komandaya gələn mütəxəssis qısa müddətdə öz oyun fəlsəfəsini tətbiq etməyi bacarıb. Hazırda “Yuventus” İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.