Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.24.2025 | 11:01 | Baxılıb: 4735
Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.

“gece.ws"in əldə etdiyi məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.

Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.