Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 13:29 | Baxılıb: 7947
Rusiyanın “Nijnekamskneftexim” zavodunda baş vermiş hadisə ilə əlaqədar Nijnekamsk şəhərində 3 günlük matəm elan edilib.

“gece.ws” xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev öz “Telegram” kanalında məlumat yayıb. 

Matəmlə əlaqədar olaraq şəhərdə keçirilməsi planlaşdırılan bütün əyləncəli və kütləvi tədbirlər təxirə salınıb. Müəssisə binalarında dövlət bayraqları endirilib. 

Xatırladaq ki, ötən gün “Nijnekamskneftexim” zavodunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 72 nəfər isə xəsarət alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.