Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.17.2026 | 10:32 | Baxılıb: 4046
Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

“gece.ws” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, əslən Azərbaycandan olan T.Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Hələ may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumat yayılmışdı. 

36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.