
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu sosial şəbəkə hesablarında paylaşıb.
Məlumata görə, Emin Həsənov Zelenski tərəfindən “İgidliyə görə” ordeni ilə təltif olunub.
Bildirilib ki, E.Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. Döyüş yoldaşlarının “Türk” ləqəbi verdiyi Həsənov Kyevin müdafiəsi, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində döyüşlərdə iştirak edib.


