
“gece.ws” xəbər verir ki, Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə ünvanladığı məktubda kəmərin bərpa müddətini açıqlayıb:
“Yeni hücumlar olmayacağı təqdirdə, nasos stansiyası ay yarım (45 gün) ərzində tam bərpa olunacaq”.
Xatırladaq ki, “Drujba” ilə Macarıstan və Slovakiyaya neft nəqli yanvarın 27-də Rusiyanın Ukraynanın qərbindəki (Brodi yaxınlığında) infrastruktura endirdiyi zərbələrdən sonra dayanıb. Sözügedən hadisə Kiyevlə Budapeşt arasında gərginliyi artırıb. Macarıstan tərəfi Ukraynanı qəsdən gecikmədə ittiham edərək Aİ-nin Ukraynaya yardım paketlərinə və Rusiyaya qarşı yeni sanksiyalara veto qoyub.