Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2026 | 09:43 | Baxılıb: 1055
Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistana səfər edəcəyi gözlənilir.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Ukraynanın Xarici İşlər Nazirliyi səfərlə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd olunur ki, mayın 4-ü keçiriləcək sammitdə iştirak etmək üçün Ermənistana ölkə və ya qurum rəhbərləri səviyyəsində təxminən 50 yüksəksəviyyəli nümayəndə heyəti gedəcək.

Bundan başqa, 4-5 may tarixlərində İrəvanda həmçinin ilk Ermənistan-Avropa İttifaqı (Aİ) sammiti keçiriləcək. Tədbirdə Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa İttifaqını isə Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təmsil edəcək.

Xatırladaq ki, daha əvvəl Zelenski aprelin 25-də Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ukraynalı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.