“gece.ws” xəbər verir ki, bunu teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir... İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib”, - o vurğulayıb.
Dövlət başçısı Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib:
“Hazırda biri uşaq olmaqla iki nəfərin öldüyü məlumdur. Təkcə paytaxtda onlarla yaralı var. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda anbarlar dağılıb. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox rayonlar zərər çəkib”.