Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 19:26 | Baxılıb: 2381
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.

“gece.ws” xəbər verir ki, o, paylaşımında İlham Əliyevə təşəkkür edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm .Ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdaram. İkitərəfli münasibətlərin inkişafı və Azərbaycanın maraqlı olduğu enerji sektorunda layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdik.

Həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik. Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir. Müharibənin hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın ona son qoymaq istəməməsidir”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.