Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.17.2026 | 19:45 | Baxılıb: 1110
Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

“gece.ws” xəbər verir ki, bu haqda Ukrayna lideri sosial şəbəkədə paylaşım edib.

Zelenskini Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıy və təyyarənin ekipaj üzvləri qarşılayıblar.

O, artıq Bukinqem sarayında Böyük Britaniya kralı III Çarlz ilə görüşüb.

Bundan əlavə, Ukrayna lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşməyi və Britaniya parlamentində çıxış etməyi planlaşdırır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.