Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.31.2026 | 20:56 | Baxılıb: 1592
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə rəhbərliyində ciddi kadr islahatlarına hazırlaşır.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiyanın “RIA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət başçısının Prezident Ofisinin rəhbəri Kirill Budanovu Silahlı Qüvvələrin Baş komandanı təyin etmək, energetika naziri Denis Şmıqalı isə yenidən Baş nazir postuna qaytarmaq niyyətində olduğu iddia edilir.

Qeyd olunub ki, Zelenski dar çərçivədə keçirilən iclasda kadr dəyişikliklərini ABŞ Konqresinə keçiriləcək seçkilərə yaxın reallaşdıracağını bəyan edib. İddia olunur ki, bu qərarlar ABŞ hərbi-sənaye kompleksinin əsas lobbiçilərindən sayılan Demokratlar Partiyasının senatoru Riçard Blyumentalın Kiyevə səfəri ilə eyni vaxtda qəbul edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.