
“gece.ws” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında məlumat yayıb.
O bildirib ki, insan həyatı hər hansı ildönümünün qeyd olunmasından daha qiymətlidir:
“Buna görə də, Ukrayna mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edir”.
Zelenskinin sözlərinə görə, həmin vaxta qədər atəşkəsin təmin olunması realdır və Ukrayna bu məsələdə qarşı tərəfə “güzgü prinsipi” ilə cavab verəcək:
“Əgər Rusiya Müdafiə Nazirliyi Moskva paradını Ukraynanın razılığı olmadan keçirə bilməyəcəyini düşünürsə, bu halda Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”.