Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.14.2026 | 19:30 | Baxılıb: 1144
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

“gece.ws” xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.

Təxminən 30 dəqiqə davam edən danışıq zamanı Zelenski Trampı ad günü münasibətilə təbrik edib.

Liderlər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və mümkün sülh nizamlanması perspektivlərini müzakirə ediblər.

Məlumatda yaxın vaxtlarda telefon danışığının nəticələri ilə bağlı əlavə məlumatın açıqlanacağı bildirilib.

Qeyd edək ki, vacib danışıq Trampın Fransada keçiriləcək G7 sammitinə qoşulacağı ərəfədə baş tutub.

Zelenskinin də həmin Zirvədə iştirakı gözlənilir.

Sammitdə Ukraynaya əlavə hərbi dəstəyin təmin olunması və Rusiyanın başlatdığı müharibənin dayandırılması istiqamətində səylərin əsas müzakirə mövzularından biri olacağı qeyd olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.