Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 10:02 | Baxılıb: 1347
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini Moskvaya danışıqlar üçün çağırıb, kapitulyasiya üçün yox”.

“gece.ws” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“O, Moskvaya danışıqlara dəvət edilib, kapitulyasiya üçün yox”, - Peskov qeyd edib. 

Onun sözlərinə görə, bu, Putinin dəvəti idi və Moskva Zelenskinin bu təklifi qəbul etmədiyini gördü.

Qeyd edək ki, V.Putin sentyabrın 3-də Çinə səfəri zamanı V.Zelenskini Moskvaya dəvət edib. Putin bildirib ki, belə bir görüş keçirməyi ondan ABŞ Prezidenti Donald Tramp istəyib. “Zelenski Moskvaya gəlməyə hazırdısa, bu görüş baş tutacaq”, - Rusiya lideri demişdi. Zelenski isə cavabında Moskvanın bu dəvətinin Rusiyanın əslində görüşün keçirilməsini istəməməsi demək olduğunu vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.