Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.05.2026 | 22:18 | Baxılıb: 1227
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ona ünvanladığı açıq məktubla tanış olub.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Putinin sözlərinə görə, məktubu ona əvvəlcə Kremlin sözçüsü Dmitri Peskov göstərsə də, sıx iş qrafikinə görə oxumağa vaxt tapmayıb. O, məktuba yalnız səhər ötəri nəzər saldığını deyib.

Rusiya lideri həmçinin vurğulayıb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı əsas məsələlər Moskva və Kiyev arasında müzakirə olunmalıdır. Onun fikrincə, digər ölkələr isə bu prosesdə vasitəçi rolunda çıxış edə bilərlər.

Xatırladaq ki, iyunun 4-də Zelenski Putinə açıq məktub ünvanlayaraq şəxsi görüş keçirməyi və danışıqlar zamanı atəşkəs məsələsini müzakirə etməyi təklif edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.