Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.06.2026 | 11:06 | Baxılıb: 1543
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Shacman” markalı yük avtomobili “KİA” və “Toyota” markalı minik avtomobilləri ilə toqquşub.

İlkin məlumata görə, zəncirvari qəzada 1-i uşaq olmaqla, 5 nəfər xəsarət alıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.