
“gece.ws” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin kanalizasiya və su təchizatı şirkətinin baş direktoru Həmzə Pur açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-nin zərbələrindən sonra tutumu 500 və 2000 kub metr olan iki su anbarına ciddi zərər dəyib.
Qeyd edək ki, “Reuters” agentliyi bu gecə ABŞ-nin İranda təqribən 20 hədəfə zərbə endirdiyini bildirib. İran isə buna cavab olaraq ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücum edib.