Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 09:29 | Baxılıb: 1105
İspaniyanın “Qranada” klubu qapıçı Luka Zidanla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

“gece.ws” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

İspaniya mətbuatının məlumatına görə, Luka Zidan karyerasını “Leqanes”də davam etdirəcək. Tərəflər arasında razılıq əldə olunub və transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Əfsanəvi futbolçu və məşqçi Zinəddin Zidanın oğlu olan Luka Zidan 2024-cü ildən “Qranada”da çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.