
“gece.ws” xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə “İmişli”nin qonağı olan “Zirə” meydanı bərabərliklə tərk edib.
Gərgin keçən qarşılaşmada tərəflərdən heç biri qol vura bilməyib və matç 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, dördüncü pilləyə yüksəlməyə çalışan “qartallar” bu nəticədən sonra xallarının sayını 50-yə çatdıraraq, turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Meydan sahibi “İmişli” isə 33 xalla doqquzuncu sıradadır.