Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2026 | 19:36 | Baxılıb: 1243
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Zirə” səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanıb.

“gece.ws” xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 55-ci dəqiqədə Eren Aydın açıb. Oyunun son dəqiqələrində isə (89-cu dəqiqə) Leroy Mikels rəqib qapısına ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, 1/4 final mərhələsində Tovuz təmsilçisi “Kəpəz”i, Bakı klubu isə “Sumqayıt”ı mübarizədən kənarlaşdırmışdı. Bu cütlük arasında cavab qarşılaşması aprelin 21-də keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.