Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Zirə”dən darmadağın
 
						“Zirə”dən darmadağın
Əlavə olunub: 03.30.2025 | 20:50 | Baxılıb: 1889
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.

“gece.ws” xəbər verir ki, turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edib.

Bu oyunda meydan sahibləri darmadağına seviniblər.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
28-ci tur
30 mart

“Zirə” – “Şamaxı” 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.