Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2026 | 18:41 | Baxılıb: 3285
Misli Premyer Liqasının 28-ci turunda baş tutan “Zirə” – “Neftçi” qarşılaşmasında (1:1) qeydə alınan və müzakirələrə səbəb olan bərabərlik qolunun qaydalara zidd olduğu təsdiqlənib.

“gece.ws” xəbər verir ki, 90+4-cü dəqiqədə meydan sahiblərinin vurduğu qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınmışdı.

Lakin qolun vurulması anında qayda pozuntusu olduğunu iddia edən “Neftçi” futbolçuları və rəhbərliyi epizoda kəskin etiraz bildirmişdilər.

Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da rəsmi münasibət bildirib. O, epizodu təhlil etdikdən sonra “Neftçi”nin narazılığını haqlı hesab edərək baş hakimin yanlış qərar verdiyini söyləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.