Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 12:43 | Baxılıb: 2090
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.

“gece.ws"in “Unikal”a istinadən məlumatına görə, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.