Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ziyafət Abbasova ruhi-əsəb dispanserindən çıxarıldı
 
						Ziyafət Abbasova ruhi-əsəb dispanserindən çıxarıldı
Əlavə olunub: 06.08.2023 | 10:07 | Baxılıb: 5319
İyunun 6-da ruhi-əsəb dispanserinə yerləşdirilən  Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ziyafət Abbasovanın yeri dəyişdirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “gece.ws”ya bildirib ki, Z.Abbasovanın müalicəsi digər xəstəxanada davam etdirilir: “Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”.

Qeyd edək ki, sosial şəbəkələrdə ADR üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta onun saxlanılması ilə bağlı iddialar da səsləndirilib. Sonradan DİN açıqlama yayaraq Z.Abbasovanın ruhi-əsəb dispanserinə yerləşdirildiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.