“gece.ws” “RMC Sport”a istinadən xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4,5 il həbs) ləğv edib.
Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.
Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.
Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, tarixin iki ən titullu futbolçusundan biridir.