Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı
 
						Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı
Əlavə olunub: 03.17.2025 | 12:29 | Baxılıb: 1146
Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.

“gece.ws” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/2019 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib.

Zubir 7 il ərzində 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) qarşılaşmasında iştirak edib.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.