Hekayenin Adi: Seks s�d v?zi x?r�?ngi riskini d? azald?rHekaye: Sadəcə zövq almaq üçün yox, həm də sağlam olmağınız üçün də düzənli sekshəyatı önəmlidir. Araşdırmalara görə, hər 8-9 qadından biri həyatının müəyyən hissəsində döş xərçəng olur. Döş xərçəngi ilə mübarizədə erkən müayinə ilə bərabər qidalanma, yaşam tərzi önəmli rol oynayır. Ən son aparılan araşdırmalara görə seks sağlamlığımız üçün də çox faydalıdır. Sadəcə zövq üçün deyil, sağlamlıq üçün də sekslə məşğul olmaq lazımdır. Mütəxəssislər mastopatiya əməliyyatı keçirmiş qadınların əksəriyyətinin düzənli seks həyatı olmadığını vurğulayırlar. Özəl həyatında sıxıntı yaşayan qadınların 89%-inin süd vəzisinin iltihbacinmasının ilk mərhələsində olduğu görülür. Bəs döş xərçəngi və seks arasında hansı əlaqə var?Seks zamanı ifraz olunan oksitosin yəni xöşbəxtlik hormonu döş xərçənginə qarşı immunu gücləndirir. Araşdırmalara görə, həftədə 1 – 2 dəfə sekslə məşğul olmaq viruslara qarşı mübarizə aparan və immun sistemini gücləndirən immunoglobin A antikoru səviyyəsini də 30% artırır. Uşaq dünyaya gətirmək və ən az 6 ay müddətində onu əmizdirmək döş xərçəngi riskini azaldan digər amildir. Uşaq dünyaya gətirməyən 150 Fransız qadın üzərində 2008-ci ildə aparılan araşdırmada partnyoru olmayan və ayda 3 dəfədən daha az seks edən qadınlarda döş xərçəngi riski daha çox olduğu ortaya çıxmışdır. Mütəxəssislər uşaq dünyaya gətirməyən xanımlara döş xərçəngi riskini azaltmaq üçün mütamadi olaraq sekslə məşğul olmağı tövsiyyə edirlər Oxunub: 48 defe • Elave edilib: 13.07.2021Geri Qayit Ana Sehife