Son xəbərlər
Son xəbərlər

Viktor Dyekereş "Mançester Yunayted"in təklifi ilə razılaşmayıb

Viktor Dyekereş "Mançester Yunayted"in təklifi ilə razılaşmayıbİsveç millisinin hücumçusu Viktor Dyekereş İngiltərənin "Mançester Yunayted" klubunun təklifi ilə razılaşmayıb.

"Report" "Record" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun agentləri artıq onun qərarı ilə bağlı "qırmızı şeytanlar"ın nümayəndələrini xəbərdar ediblər.

Daha əvvəl Premyer Liqa təmsilçisinin "Sportinq"in (Portuqaliya) hücumçusu üçün 71,4 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Onunla Avropanın bir sıra aparıcı klubları da maraqlanır.

Qeyd edək ki, Viktor Dyekereş başa çatan mövsümdə Portuqaliya çempionatını 39 qolla başa vurub. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 263   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife