Son xəbərlər
Son xəbərlər

Yeni COVID-19 ştammı sürətlə yayılır

Yeni COVID-19 ştammı sürətlə yayılırABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeni COVID-19 variantı olan NB.1.8.1-in sürətlə yayılmağa başladığını açıqlayıb.

Qurumun son proqnozuna görə bu variant yaxın günlərdə ABŞ-də qeydə alınan yoluxmaların 37 faizini təşkil edə bilər. Ştammın yüksək yoluxduruculuğa malik olduğu bildirilir, lakin ilkin məlumatlara əsasən, xəstəliyin ağır keçməsi halları çox deyil.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, NB.1.8.1 digər variantlara bənzər simptomlarla müşayiət olunur - boğaz ağrısı, öskürək, qızdırma və ümumi halsızlıq. Hava limanlarında aparılan analizlər və beynəlxalq reyslərdən gələn nümunələrdə bu variantın artdığı qeyd olunur.

Peyvəndlərin effektivliyinə dair araşdırmalar davam edir. Rəsmilər xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və zəif immunitetli şəxsləri diqqətli olmağa çağırırlar.

CDC əhaliyə maskadan istifadə, əllərin tez-tez yuyulması və xəstəlik əlamətləri olduqda test olunmaq kimi tədbirlərə əməl etməyi tövsiyə edir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı da NB.1.8.1-i yaxından izlədiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 370   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife