Son xəbərlər
Son xəbərlər

"İnter"in hücumçusu İranı tərk edə bilmir

"İnter"in hücumçusu İranı tərk edə bilmirİtaliyanın "İnter" klubunun Klublararası dünya çempionatında iştirakı yaxın günlərdə başlayacaq. Lakin iranlı hücumçu Mehdi Taremi hələ də komandanın ABŞ-nin Los-Anceles şəhərindəki təlim-məşq toplanışına qoşulmayıb. O, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "La Gazzetta dello Sport" nəşri xəbər verib.

Qeyd olunur ki, hava məkanının bağlanması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. İran millisinin hücumçusu şənbə günü "İnter"in digər üzvlərinə qoşulmalı idi, lakin bu proses gecikəcək.

"İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 357   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife