Son xəbərlər
Son xəbərlər

İran vətəndaşlarını potensial diversantları müəyyən etməyə çağırıb

İran vətəndaşlarını potensial diversantları müəyyən etməyə çağırıbİranın İnformasiya Nazirliyi vətəndaşları şübhəli nəqliyyat vasitələri və ya insanlar, xüsusən maska ​​və ya tünd eynək taxan şəxslər gördükləri halda "qaynar xətt"ə zəng etməyə çağırıb.

"Report" "Nour News"a istinadən xəbər verir ki, nazirlik insanlardan nəqliyyat vasitələrinin qeyri-adi hərəkətləri, xüsusən günün qeyri-adi vaxtlarında və ya mühüm strateji obyektlərin yaxınlığında baş verərsə, barədə dərhal məlumat vermələrini xahiş edib.

"Bəzi dağıdıcı elementlər dronların daşınması və buraxılması, həmçinin düşmən raketlərini hədəfə almaq üçün kiçik yük maşınlarından istifadə edə bilər", - məlumatda deyilir.

Vətəndaşlardan həmçinin xahiş olunur ki, kimsə hərbi, sənaye obyektinin yaxınlığında, hətta yaşayış məntəqələrində video çəkərsə və ya hər hansı yerdə, hətta adi bir yerdə belə kvadrokopter işə salarsa, bununla bağlı məlumat versinlər. Əllərində iri çantalarla binalara girən insanlar da şübhə oyatmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 477   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife