Son xəbərlər
Son xəbərlər

Azərbaycanda suda boğulan sevgililərin FOTOLARI

Azərbaycanda suda boğulan sevgililərin FOTOLARIŞəmkirçay su anbarında 2 nəfərin boğularaq ölməsinin bəzi detalları üzə çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, su anbarında boğulub ölən hər iki şəxs sözügedən əraziyə istirahətə gediblər. Onlar istirahət edən zaman 2005-ci il təvəllüdlü Aliyə Həsənova su anbarında çimmək üçün suya girib. Bu zaman gənc qız suda boğulub. Onun boğulduğunu görən rayonun Seyfəli kənd sakini 2004-cü il təvəllüdlü Ümid İbrahimov özünü suya atıb. Nəticədə hər iki şəxs su anbarında boğularaq ölüb.

Onların suda boğulduğunu görən Ümid İbrahimovun dostu Fazil Həsənov dərhal FHN-ə məlumat verib. Əraziyə məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan biri, 2004-cü il təvəllüdlü Ümid İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hazırda suda batan digər şəxs, 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın axtarışları davam edir.

Su anbarında boğularaq ölən hər iki şəxsin sevgili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda suda boğulan sevgililərin FOTOLARIAzərbaycanda suda boğulan sevgililərin FOTOLARI


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2835   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife