Son xəbərlər
Son xəbərlər

Partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQ

Partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQPirəkəşküldə 1-4 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 460   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife