Son xəbərlər
Son xəbərlər

Lökbatanda beton zavodundan şikayət (VİDEO)

Lökbatanda beton zavodundan şikayət (VİDEO)Yaxınlıqdakı beton zavodunun tozu həyətlərinə, evlərinə və nəfəslərinə dolur.

Lökbatan qəsəbəsində yerləşən "Cənub qapısı yaşayış komplesi"nin sakinləri 3-4 ildir ki, bu problemdən əziyyət çəkirlər.

Onlar deyirlər ki, yay-qış ətraf toz-torpaq olur. Zavoddan qalxan toz ucbatından nə pəncərələrini aça bilirlər nə də həyətdə gəzə bilirlər.

Sakinlər deyir ki, zavodda həm axşam saatlarında, həm həftəsonları, həm də bayram günləri iş gedir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün sözügedən beton zavoduna yaxınlaşdıq. Rəhbərlik mikrofonumuza müsahibə verməsə də şifahi olaraq bildirildi ki, sakinlərdən gələn şikayəti nəzərə alaraq zavod həftəsonları və bayram günləri fəaliyyət göstərməyəcək. Həmçinin, havaya qalxan tozun minimuma endirilməsi üçün tədbirlər görüləcək.//Xəzər TV


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 217   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife