Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə söndürüb.
***12:39
Badamdar qəsəbəsində yanğın hadisəsi başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Maşın Bazarı"nın yaxınlığında təkər məişət tullantıları yanır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, nazirliyin yanğından mühafizə bölmələri yanğının söndürülməsi istiqamətində tədbirlər görür.