Son xəbərlər
Son xəbərlər

34 ildən sonra ilk dəfə bu ölkədə ayı ovuna icazə verili

34 ildən sonra ilk dəfə bu ölkədə ayı ovuna icazə veriliBu gündən Belarusda boz ayılara ov rəsmi şəkildə icazə verilib.

Sonxeber.az xəbər verir ki, Belarusiyanın Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

İlk dəfə bu qərar ayıların sayının əhəmiyyətli dərəcədə artdığına görə 1991-cu ildə qəbul olunub.

Bu gündən başlanılan ov mövsümü dekabrın 31-dək davam edəcək.

Qaydalar üzrə, ayılar istənilən yaşda odlu silahla, pusquda və ya rəhbərin müşayiəti ilə yaxınlaşaraq ovlana bilər. Ovda iştirak etmək üçün ən azı 3 illik təcrübəsi olan peşəkar ovçular tələb olunur.

Nazirlik bildirir ki, bu tədbirlər ayılar ilə yerli əhali arasındakı qarşıdurmaların qarşısını almaq məqsədi daşıyır. Ekoloqların məlumatına görə, Belarus meşələrində ayıların sayı son illərdə ciddi şəkildə artıb və bu, sərhəd rayonlarında yaşayanlar üçün potensial təhlükə yaradır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 245   Tarix: 01 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife