Netflix şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlıq edəcəyini sosial şəbəkə X-də açıqlayıb.
Sonxeber.az xəbər verir ki, Şirkət bildirir ki, 2025-ci ilin yayından etibarən raketlərin buraxılışları, astronavtların açıq kosmosa çıxışları, missiya reportajları və Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yer kürəsinin möhtəşəm görüntüləri canlı yayımlanacaq.
Qeyd edək ki, iyunun 12-də Bloomberg agentliyi ABŞ Prezidenti Donald Trampın NASA-nın bir sıra proqram və elmi missiyalarını ləğv etməyi planlaşdırdığını xəbər vermişdi. Bu, ümumi xərclərin ixtisarına yönəlmiş siyasətin tərkib hissəsidir.
Bundan əvvəl Netflix iOS və Android platformalarında TikTok formatına bənzər qısa şaquli videoların yayımlandığı yeni funksiyanı tətbiq etməyə başlamışdı.