Son xəbərlər
Son xəbərlər

2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manat

2 ildən bir yetişir, çürüyəndən sonra yeyilir – kilosu 30 manatTürkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəyərli sayılan üvəz meyvəsi yenidən bazarlarda yerini alıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, avqust və sentyabr aylarında toplanan üvəz, tam yetişdikdən sonra müəyyən müddət saxlanaraq çürüməyə buraxılır və yalnız bundan sonra istehlak olunur. Bu özəlliyi ilə diqqət çəkən üvəz, sağlamlıq baxımından da olduqca faydalı hesab olunur.

Meyvənin tərkibində olan təbii maddələrin ürək-damar xəstəliklərinə, dəri problemlərinə və həzm sisteminə müsbət təsir etdiyi düşünülür. İki ildən bir daha bolluca yetişən üvəz, ötən il toplanıb saxlandıqdan sonra bu mövsüm yenidən satışa çıxarılıb.

Hazırda Sivas bazarlarında kilosu 300 lirəyə (təxminən 30 manata) satılan üvəz, xüsusilə təbii şəfa axtaranlar tərəfindən böyük maraq görür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1339   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife